BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezidentin köməkçisi Avropa İttifaqı komissarı ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi ilə görüşüb.


Pravda.az xəbər verir ki, görüşdə Aİ ilə Azərbaycanın ikitərəfli münasibətləri müzakirə edilib.


Bundan başqa, Dağlıq Qarabağda müharibədən zərər çəkənlərə Aİ-nin yardımları, COVID-19 pandemiyasına görə iqtisadi bərpa və pandemiyadan sonrakı dönəm gündəmdə olub.


Onlar, həmçinin, TAP layihəsinin potensialı barədə danışıblar.

Tarix: 18 May 2021, 01:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin