BURADA REKLAMINIZ OLA
BİLƏR

Aİ Qarabağ münaqişəsindən əziyyət çəkənlərə 17 milyon avro ayırdı

Avropa İttifaqı Qarabağ və ətrafında gedən genişmiqyaslı hərbi əməliyyatlardan zərər çəkənlərə ayırdığı humanitar yardımın məbləğini 17 milyon avroya çatdırıb.

Pravda.az xəbər verir ki, humanitar yardımın məqsədi Cənubi Qafqazda dayanıqlı sülh və quruculuğun təmin olunmasına kömək etməkdir.

Aİ-nin Böhranların İdarəedilməsi üzrə Komissarı Canez Lenarcic bildirib ki, koronavirusun yayılması münaqişənin təsirini daha da artırıb:

“Bölgədəki humanitar vəziyyət diqqətimizdədir. Aİ köməyini əhəmiyyətli dərəcədə artırır. Məqsəd zərər çəkənlərin ehtiyaclarını qarşılamaq və həyatlarını yenidən qurmalarına kömək etməkdir”.

Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi qeyd edib ki, yardım keçən ilin sonundan planlaşdırılıb:

“Dəstəyimiz bununla kifayətlənməyəcək. Aİ münaqişədən sonra bölgənin uzunmüddətli sosial-iqtisadi bərpası və dayanıqlılığına da dəstək olacağıq”.

Tarix: 18 May 2021, 01:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin