BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistanın sabiq nəqliyyat və rabitə naziri tutuldu

Ermənistanınsabiq nəqliyyat və rabitə naziri, İrəvanın keçmiş meri Qaqik Beqlaryan “Zvarnots” hava limanında saxlanılıb.


Pravda.az-ın xəbərinə görə, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.


Bildirilib ki, keçmiş nazir bir gün əvvəl Moskvadan İrəvana gəlib və əməliyyatçılar onu hava limanında gözləyib. Ermənistan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunan Q. Beqlaryan 2020-ci ilin mart ayındanaxtarışa verilib, onun barəsində qiyabi həbs qərarı verilib. Əmlakın mənimsənilməsivə vəzifədən sui-istifadədə ittiham olunan sabiq nazir dərhal nəzarətə alınıb.


Qeyd edək ki, Q. Beqlaryan 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ölkəni tərk edib.

Tarix: 18 May 2021, 12:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin