BURADA REKLAMINIZ OLA
BİLƏR

Güləşçimiz ermənini məğlub etdi

Azərbaycanın sərbəst güləşçisi Vahid Qalayev Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclər arasında Avropa çempionatında yarımfinala yüksəlib.

 

Pravda.az-ın məlumatına görə, 125 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 final mərhələsində Ermənistan təmsilçisi Hovannes Maqakyana qalib gəlib.

 

Güləşçi 0:3 hesabı ilə geridə olsa da, əmzkar qələbə qazanıb - 6:3.

 

Qalayev 1/8 final mərhələsində Aleksi Jorjolianidən (Gürcüstan) güclü olub.

 

Qeyd edək ki, Avropa çempionatına mayın 23-də yekun vurulacaq.

 

Report

Tarix: 18 May 2021, 15:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin