BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Bayramov Bağdad Amreyevlə telefonla danışdı

Xarici işlər naziri Ceyhun Bayramovla Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi (Türk Şurası) Bağdad Amreyev arasında telefon danışığı olub.

Bu barədə Pravda.az-a XİN-dən məlumat verilib.

Tərəflər Azərbaycanın Türk Şurası ilə əməkdaşlığı məsələləri, o cümlədən təşkilatın qarşıdan gələn görüş və tədbirləri üzrə fikir mübadiləsi aparıblar.

Türk Şurasına üzv ölkələrin bu ilin payızında keçiriləcək Zirvə görüşünə hazırlıq məqsədilə keçiriləcək görüşlər, o cümlədən yüksək səviyyəli nümayəndələr komitəsinin toplantısı və xarici işlər nazirlərinin görüşü müzakirə olunub.

Tərəflər, həmçinin təşkilatın gələcək inkişafı məsələləri ətrafında müzakirələr aparıblar.

Tarix: 18 May 2021, 20:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin