BURADA REKLAMINIZ OLA
BİLƏR

Kamil Musavinin “Səsvermə günü qan tökəcəyik” ifadəsi müzakirələrə səbəb oldu - VİDEO

2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində deputatlığa namizəd Kamil Musavinin seçicilərlə görüşü zamanı səsləndirdiyi fikir qalmaqala səbəb olub.

 

Pravda.az-ın xəbərinə görə, K.Musavi deyib ki, səsvermə günü neqativ hal baş verəcəksə, qan töküləcək: “Kimsə artıq-əskik hərəkət edəcəksə, qan tökəcəyik. Necə cəbhədə ermənilərlə savaşmışıq, burada da vicdansızlıq etmək istəyən insanlarla savaşacağıq”.

 

İctimaiyyət nümayəndələri belə bir açıqlamanın qanun pozuntusu olduğunu qeyd ediblər.

 

“Bu, açıq-aşkar seçki dairəsində qarşıdurma yaratmaqdır. Qan tökmək mübarizə üsulu deyil. Azərbaycan demokratik dövlətdir, müvafiq strukturları var. Səsvermənin nəticəsindən narazı qalan namizəd Mərkəzi Seçki Komissiyasına, o cümlədən aidiyyatı məhkəmələrə müraciət edə bilər. Kamil Musavinin çağırışı açıq təhdiddir, insanlarda qorxu yaradır. Mərkəzi Seçki Komissiyası namizədlə bağlı tədbir görməli, namizədi qanunauyğun fəaliyyətə dəvət etməlidir. Ərazini döyüş meydanına çevirmək olmaz!” – qeyd olunub.

 

Tarix: 21 Yanvar 2020, 19:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin