BURADA REKLAMINIZ OLA
BİLƏR

Lavrovdan yeni AÇIQLAMA

“Rusiya Azərbaycan-Ermənistan sərhədindəki insidenti tənzimləmək üçün demarkasiya və delimitasiyanın keçirilməsinə başlamağa səy göstərməyi təklif edib”.

 

Pravda.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 19-da tacikistanlı həmkarı Sirociddin Muhriddinlə Düşənbədə keçirdiyi mətbuat konfransında bildirib.

 

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin dünən axşam (mayın 18-də-red.) keçirilən qeyri-rəsmi görüşündə erməni həmkarımızın təklifini, rəsmi Yerevan və Bakı arasında münasibətləri müzakirə etdik”, - S.Lavrov vurğulayıb.

 

O, KTMT-dəki həmkarlarını insidentin tənzimlənməsində Rusiyanın atdığı addımlar barədə məlumatlandırdığını qeyd edib.

 

Xatırladaq ki, Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı Ermənistan təşəbbüsü ilə KTMT-yə üzv dövlətlərin xarici işlər nazirlərinin Düşənbədə iclası keçirilir.

 

Report

Tarix: 19 May 2021, 10:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin