BURADA REKLAMINIZ OLA
BİLƏR

Xarici işlər naziri istefa verdi

Livanın xarici işlər naziri səlahiyyətlərini icra edən Şarbel Vahbe istefa verib.

 

Pravda.az “Mehr” agentliyinə istinadən bildirir ki, bu barədə ölkə prezidentinin mətbuat xidməti tvitter səhifəsində məlumat yayıb.

 

Ş.Vahbe istefa ərziəsini Prezident Mişel Auna təqdim edib.

 

Onun istefası “Al-Hurra” televiziyasının efirindəki çıxışı ilə əlaqələndirilir. Nazirin sözləri körfəzdəki bəzi dövlətlərin terrorçu İŞİD qruplaşmasını dəstəkləməsi kimi qəbul edilib.

 

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Körfəzdəki Ərəb Dövlətləri Əməkdaşlıq Şurası mayın 18-də Ş.Vahbenin çıxışına rəsmi etiraz bildirmişdi.

 

Report

Tarix: 19 May 2021, 12:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin