BURADA REKLAMINIZ OLA
BİLƏR

“Etibar Əliyev dostu ilə görüşürmüş kimi "Aslan müəllim, salam" dedi, əlbəttə, cavab vermədim”

“Bəzilərinin üfunət püskürməməsi üçün səhər-səhər belə bir status paylaşmaq istədim. “Ağzının danışığını, yazdığının mahiyyətini, hərəkətlərinin nəticəsini bilməyən deputatlara necə Millət vəkili demək olar?" Sonradan anonimliyin mənə xas olmadığından statusu paylaşmadım. Bu gün saat 15.30 radələrində işə gələn zaman təxminən Nizami-Qoqol küçələrinin kəsişməsində insanların gur olduğu yerdə Milli Məclisin üzvü Etibar Əliyev uca səslə, əl yelləyərək, sanki ən yaxın dostu ilə görüşürmüş kimi "Aslan müəllim, salam" dedi. Əlbəttə, cavab vermədim və yenidən bu mövzuya qayıtmağı özümə borc bildim. Bu şəxs 2018-2019-cu iilərdə hamı sürüynən üstümə düşən zaman hər yerdə haqqımda ağlına gələn aşağılayıcı, təhqiredici, böhtan xarakterli yazılar tirajlayırdı. O vaxtlar belələri həddindən artıq çox olduğundan buna heç bir reaksiya verməmişdim”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

A.İsmayılov qeyd edib ki, E.Əliyrvin bugünkü davranışına isə susa bilməyib: “Görünür belələri hər bir təhqiri, böhtanı, aşağılayıcı ifadələri məmnuniyyətlə həzm etdiklərindən məni də özləri ilə dəyişik salırlar. Bir balaca abırı olan şəxs o yazılardan sonra mənimlə üzbəüz gəlməkdən çəkinərdi. Düzdürsə, o ifadələrə layiq olanla salamlaşmaq olmaz, yalan idisə, xəcalət çəkərdi. Ancaq görünür bunlar başqa sort adamlardır”.

Tarix: 19 May 2021, 17:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin