Reklam

Bayden və Netanyahu Qəzzadakı vəziyyəti müzakirə etdi

ABŞ Prezidenti Co Bayden və İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.

Pravda.az-ın xəbərinə görə, bu barədə Ağ Evin saytında məlumat verilib.

Telefon danışığı zamanı tərəflərQəzzadakı vəziyyət, İsrailin "HƏMAS" və digər terrorçu ünsürlərin fəaliyyətinin zəiflədilməsi istiqamətində irəliləməsi, regional dövlətlərin hökumətlərinin və ABŞ-ın davam edən diplomatik səyləri barədə ətraflı müzakirə aparıblar.

ABŞ Prezidenti İsrailinBaş nazirinə bildirib ki, o, bu gün gərginliyin ciddi şəkildə azalacağını gözləyir.

Tarix: 19 May 2021, 18:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin