BURADA REKLAMINIZ OLA
BİLƏR

Avropa İttifaqında peyvəndləmə sertifikatının tətbiqi ilə bağlı razılığa gəlinməyib

Avropa İttifaqında koronavirusa qarşı peyvəndləmə sertifikatının tətbiqi məsələsinə dair Avropa Parlamenti (EP) və Aİ Şurası (European Council) arasında danışıqların üçüncü mərhələsində də razılığa gəlmək mümkün olmayıb.

 

Pravda.az xəbər verir ki, bu barədə EP-də ən böyük deputat qrupuna malik Avropa Xalq Partiyasının (EPP) açıqlamasında bildirilib. Yaxınlaşan yay mövsümündə iqtisadiyyatı dirçəltmək üçün vahid qərara gəlməyin vacib olduğu vurğulanır. EPP sertifikat sahiblərinə Avropanın daxili sərhədləri üzərindən sərbəst, məhdudiyyətsiz gediş-gəliş hüququ verilməsinə tərəfdar çıxır.

 

Xatırladaq ki, Aİ-nin 27 üzv ölkəsində qüvvədə olacaq “rəqəmli yaşıl sertifikat” məsələsi mart ayının əvvəlindən müzakirə olunur.

Tarix: 19 May 2021, 19:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin