BURADA REKLAMINIZ OLA
BİLƏR

“Putinə aydındır ki, Azərbaycanla Ermənistan sərhədində baş verənlər müharibəyə səbəb ola bilər”

“Rusiya prezidenti Vladimir Putin müharibəyə qədər Dağlıq Qarabağ mövzusu ilə xüsusi olaraq maraqlanmırdı. Putin müharibə və ondan sonrakı dövrdə fəallaşdı, iki bəyanatın (10 noyabr və 11 yanvar) hazırlanmasını təmin etdi, üstəgəl də ən azı ayda bir dəfə Bakıya və İrəvana zəng edir, vəziyyətlə maraqlanır. Vladimir Putin bu gün də həm Bakıya, həm İrəvana zəng edib. Çünki, Putinə aydındır ki, Azərbaycanla Ermənistan sərhəddində baş verənlər bölgədə yeni müharibəyə səbəb ola bilər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

E.Şahinoğlu bildirib ki, bu isə Rusiyanın və şəxsən Putinin maraqlarına cavab vermir: “Çünki müharibə yenidən başlayarsa, Putinin vasitəçiliyinin və iki bəyanatın nəticəsiz qaldığı üzə çıxacaq, Kremlin imici yerlərdə sürünəcək. Ona görə də Putin hər dəfə tərəflərə xəbərdarlıqlarını çatdırır”

Tarix: 19 May 2021, 23:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin