BURADA REKLAMINIZ OLA
BİLƏR

"Baydenlə Putin yaxın həftələrdə görüşəcəklər"

“ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putin böyük ehtimalla yaxın həftələrdə görüşəcəklər”.

Pravda.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken İslandiyanın “RUV” dövlət teleradio şirkətinə müsahibəsində bildirib.

Dövlət katibi “Siz İslandiyanı dövlət başçılarının görüşünün keçiriləcəyi potensial yer sayırsınızmı” sualına belə cavab verib: “Sözsüz, mən görüş yeri kimi buranı namizəd göstərərdim. Onu da qeyd edim ki, evə qayıtdıqdan sonra bu işlə məşğul olacağam”.

Qeyd edək ki, mayın 19-da Artika Şurası xarici işlər nazirilərinin sessiyası çərçivəsində ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.

Report

Tarix: 20 May 2021, 10:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin