BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ-ın İstanbuldakı konsulluğunun yaxınlığında İŞİD-çilərə qarşı əməliyyat keçirildi

İstanbulda İŞİD terror təşkilatının üzvü olmaqda şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirilib.

 

Əməliyyatı İstanbul Baş Polis İdarəsinin Terrorla mübarizə şöbəsinin əməkdaşları keçirib, əməliyyata xüsusi təyinatlı polis dəstələri dəstək verib.

 

Bildirilib ki, ABŞ-ın İstanbuldakı konsulluğuna 400-500 metrlik məsafədə yerləşən binada keçirilən əməliyyat zamanı bir nəfər saxlanılıb.

 

Qeyd olunub ki, polis tərəfindən İstanbulun 10 rayonundakı 20 ünvanda keçirilən əməliyyatda ümumilikdə 18 nəfər tutulub.

Tarix: 20 May 2021, 13:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin