BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qarabağa dair gizli protokol hazırlanır”

 

“Məndə olan məlumata görə iki sənəd hazırlanır, onlardan biri ərazilərin təslim edilməsinə dair gizli protokoldur”.

 

Pravda.az xəbər verir ki, bunu öz “Telegram” hesabında “News Media” holdinqinin qurucusu Aram Qabrelyanov yazıb.

 

“Nikol Paşinyan erməni xalqı ilə çox rəzil bir oyuna başlayıb”, – deyə Qabrelyanov qeyd edib.

 

Onun sözlərinə görə, üçtərəfli formatda yeni 2 sənəd hazırlanır. “Biri elə-belə, bütün yaxşılara, bütün pislərə qarşıdır. İkinci gizli protokol ərazilərin, anklavların təslim edilməsi və “Artsax”a (Qarabağa) iddiaların rədd edilməsidir. Gizli protokol Paşinyan və xanımı tərəfindən şəxsən hazırlanır. Bu işə Ermənistanın müdafiə naziri və tanınmış Azərbaycana yaltaq Karapetyan da baş qoşub. Xarici İşlər Nazirliyinə və şəxsən Ara Ayvazyana sənəd hazırlamaq qadağan edilib”.

 

Aram Qabrelyanov statusun sonunda Nikol Paşinyanı “lənətə gəlmiş Ribbentrop” adlandıraraq baş nazir haqqında ədəbsiz ifadə  işlədib.

Tarix: 20 May 2021, 15:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin