BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda dəhşətli qəza: 2 ölü, 2 yaralı

Səhiyyə Nazirliyi Xəzər rayonunda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, Bakının Mərdəkan qəsəbəsi istiqamətində baş verən qəza barədə Təcili Tibbi Yardıma çağırış 10:52-də daxil olub.

 

Hadisə zamanı 2 nəfər yerində dünyasını dəyişib. Digər 2 nəfər 45 yaşlı qadın və 6 yaşlı uşaq isə kritik vəziyyətdə 3 saylı şəhər xəstəxanasına aparılıb.

Tarix: 17 Noyabr 2019, 13:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin