BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ölkəmizi “dişləmək” istəyənlərin dişlərini qırarıq" - Putin

Ölkəmizi “dişləmək”, ya da “dişləyib nəsə qoparmaq” istəyənlərin dişlərini qırarıq”.

Pravda.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bəzi ölkələrin Sibirdəki təbii sərvətlərin təkcə Rusiyaya məxsus olmasından narahatlıqlarını ifadə etmələrinə münasibət bildirərkən deyib.

Rusiya lideri bildirib ki, ölkəsi nə vaxt güclənsə, ölkənin inkişafını məhdudlaşdırmaq üçün hər zaman bəhanələr ortaya çıxır.

“Belə təşəbbüslər SSRİ süqut etdikdən sonra belə davam edir. Potensialının üçdə birini itirdikdən sonra belə Rusiya hər şeyə rəğmən, kimlərsə üçün çox böyükdür. Həqiqətən, nəhəng potensial var, ərazimiz dünyanın ən böyüyüdür, 146 milyon əhalimiz var. Əslində yüz milyonlarla insanın yaşadığı ölkələrlə müqayisədə, o qədər də böyük deyil”, - deyən prezident bəzilərinin Sibir kimi bir bölgənin zənginliklərinin Rusiyaya aid olmasının ədalətli olmadığını söyləməsini tənqid edib.

“Belə şeyləri eşitmək qorxuncdur. Xüsusən ictimaiyyət önündə. Bizi “dişləmək” və ya ölkəmizdən bir şeylər qoparmaq istəyirlər. Ancaq bunu etməyi planlaşdıranlar onların dişlərini qıracağımızı bilsinlər. Bunu yolunun silahlı qüvvələrimizin inkişaf etdirilməsi olduğu aşkardır”, - Putin əlavə edib.

Tarix: 20 May 2021, 20:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin