BURADA REKLAMINIZ OLA
BİLƏR

“Son kampaniyanı başladanlar bədii gimnastika yarışlarındakı geyimlərdən də problem düzəldə bilərlər”

“Vətən Müharibəsində Şanlı Qələbəmizdən sonra baş verənlər onu göstərir ki, dünyada bir çoxları Azərbaycan Dövlətinin bu uğurunu həzm edə bilmir. Son vaxtlar baş verənlər, Ermənistan rəhbərliyinin revanş barədə səsləndirdiyi fikirlər, yalvarıb bağladığı müqaviləni icra etməkdən boyun qaçırması, dünyada haqqımızda yalan məlumatların tirajlanması, İranda bir çox tanınmış dini liderlərin əleyhimizə olan bəyanatları, xüsusilə son günlər ABŞ və Böyük Britaniya hökümətlərinin vətəndaşlarına Azərbaycana və Ermənistana səyahət etməmək xəbərdarlıqları bölgədə ciddi və bizim üçün təhlükəli proseslərin getdiyindən xəbər verir. Ona görə də hamımız, hakimiyyət daxil qələbə eyforiyasından qurtulmalı və baş verəcək istənilən xoşagəlməz hadisələrə ciddi hazırlaşmalıyıq”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

“İlk növbədə Sizə müraciət edirəm ki, bəzilərinin bilərəkdən, yaxud bilməyərəkdən guya hakimiyyətə qarşı elan etdikləri mübarizənin əslində Dövlətimizə qarşı olduğunu görün və belə kampaniyalara qoşulmayın. Bu gün xırda bir bəhanəni əldə bayraq edib hakimiyyətə qarşı səlib yürüşünə başlamaq, əslində vətəndaşlarımızda olan ruh yüksəkliyinin öldürülməsinə yönəlib. Sosial şəbəkəni izləyənlər bunu görməmiş deyillər. Müharibə iştirakçısının və digərilərinin Qənimət Parkı ilə bir çox hallarda haqsız, yoxlanmamış iradının şişirdilib kampaniyaya çevrilməsi kimi onlarla nümunə göstərmək olar. Son günlər Avroviziya yarışmasında iştirakçımızın geyim formasının qlobal bir problemə çevrilməsi də bu qəbildəndir. Son kampaniyanı başladanlar bədii gimnastika yarışlarındakı geyimlərdən də problem düzəldə bilərlər. Kampaniyanı başladanlar hər tədbirin, yarışın özünə xas geyim formalarının, davranış qaydalarının olmasını yaxşı bilirlər. Sadəcə, belələri insanlarımızın həssas nöqtələrini bilib onunla cəmiyyətdə narazılıq yaratmaq üçün manipulyasiya edirlər. İkinci Qarabağ müharibəsindən çox əvvəl Qarabağ savaşının başlanacağı haqqında xəbərdarlıq edirdim. Onda da bir çoxları məni özlərinə xas olan çirkin oyunlarda ittiham etdilər. Bu ilin başlanğıcında da 2021-ci ilin müstəqilliyimizin, ərazi bütövlüyümüzün qorunmasında həlledici il olacağını demişəm. Hadisələrin gedişatı bu dəfə də düz düşündüyümü göstərir. Əminəm ki, bu sınaqdan da biz uğurla çıxacağıq. Ona görə də bütün addımlarımızda hadisələri özümüz təhlil etməli və təmkinlə düzgün nəticələr çıxartmalıyıq” – A.İsmayılov qeyd edib.

Tarix: 20 May 2021, 23:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin