BURADA REKLAMINIZ OLA
BİLƏR

ATƏT-dən Qəzzada atəşkəs qərarına REAKSİYA

“İsraillə Həmas arasındakı atəşkəs yaxşı xəbərdir”.

Pravda.az xəbər verir ki, bunu öz tvitter hesabında ATƏT-in hazırkı sədri, İsveçin xarici işlər naziri Ann Linde yazıb.

O bildirib ki, indi Qəzzaya tam humanitar yardım lazımdır:

“Bundan sonra gərgin sülh danışıqları başlamalıdır”.

Qeyd edək ki, İsrail Təhlükəsizlik Kabineti Qəzza zolağında atəşkəs elan edilməsi barədə qərar qəbul edib. Atəşkəs bu gecə 02:00-dan başlayacaq.

Tarix: 21 May 2021, 01:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin