BURADA REKLAMINIZ OLA
BİLƏR

“Paster” ləqəbli reper azadlığa buraxıldı

Azərbaycanda reper Pərviz Quluzadə (Paster) azadlığa buraxılıb.

 

Pravda.az-ın xəbərinə görə, P.Quluzadəyə verilən inzibati həbs cəzası bu gün başa çatıb.

 

Xatırlatma: Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, P.Quluzadə Binəqədi rayonu ərazisində narkotikin təsiri altında ictimai asayişi və ictimai qaydanın pozulmasına yönəlik hərəkətlər edərkən polis əməkdaşları onu intizama dəvət edib. Lakin o, polisin qanuni tələblərinə tabe olmayıb. Bundan sonra o polis tərəfindən saxlanılaraq barəsində toplanmış materiallar Binəqədi rayon Məhkəməsinə göndərilib.

 

Binəqədi rayon Məhkəməsi tərəfindən P.Quluzadə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinərək barəsində 30 sutka həbs qərarı çıxarılıb. P.Quluzadənin yaxınları isə onun ifa etdiyi repə görə həbs edildiyini bildirirlər.

Tarix: 22 Yanvar 2020, 00:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin