Reklam

Viktor Lyaşko Ukraynanın səhiyyə naziri təyin edildi

Ukrayna Ali Radası səhiyyə nazirinin müavini və baş sanitar həkim Viktor Lyaşkonu səhiyyə naziri təyin edib.

 

Pravda.az xəbər verir ki, 377 millət vəkilindən 262-si təyinatın lehinə səs verib.

 

On yeddi deputat bunun əleyhinə səs verib, 73 nəfər bitərəf qalıb, 25 nəfər səs verməyib.

 

Mayın 12-də V.Lyaşko “Report”un Şərqi Avropa bürosuna verdiyi müsahibəsində Azərbaycan ilə Ukrayna arasında səhiyyə sahəsində əməkdaşlıqdan danışıb.

 

Tarix: 21 May 2021, 09:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin