BURADA REKLAMINIZ OLA
BİLƏR

Gürcüstan sülhməramlılarını Əfqanıstandan çıxarmağa başladı

Gürcüstan NATO-nun “Qətiyyətli dəstək” missiyasında iştirak edən sülhməramlı kontingentini Əfqanıstandan çıxarmağa başlayıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, gürcü hərbçilərin bir hissəsi artıq vətənə dönüb.

 

Gürcüstan missiyaya 2004-cü ildən cəlb olunub. Gürcü hərbçilər Baqram aviasiya bazası, Kabul və Məzari-Şərif şəhərlərində dislokasiya olunublar.

 

Hazırkı dövrdə Əfqanıstanda 860 gürcü hərbçi xidmət keçir. Sülhməramlı missiya dövründə 32 gürcü hərbçi həlak olub.

 

Tarix: 21 May 2021, 10:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin