BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan Prezidentinin çıxış etdiyi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin tədbiri dünya ictimai fikrinin inkişafına böyük töhfələr verəcək"

"Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin humanitar forumları Azərbaycanda müntəzəm olaraq təşkil edilir. Prezident İlham Əliyev Mərkəzin təşkil etdiyi sonuncu tədbirdə dünyanın qlobal problemlərindən tutmuş Azərbaycanın digər dövlətlərlə əlaqələrinə qədər bir çox məsələlərə toxundu".


Bunu Pravda.az-a politoloq Qabil Hüseynli Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı tədbiri şərh edərkən deyib.

 
 
 

Politoloq bildirib ki, Prezident çıxışı zamanı qlobal pandemiya məsələsinə toxunaraq güclü dövlətlərin birləşərək kasıb olan, hələ də koronavirusa qarşı vaksin ala bilməyən ölkələrə yardım göstərməyə səsləyib: "Dövlət başçısı həmçinin qeyd etdi ki, Azərbaycan bütün dünya dövlətləri, o cümlədən ABŞ ilə hərtərəfli əməkdaşlığa hazırdır. Bu məsələnin üzərində geniş dayanaraq Prezident bildirdi ki, Azərbaycan, hətta hərbi sahədə də ABŞ ilə əməkdaşlıq qura bilər. Eyni zamanda Avropa ölkələri ilə əməkdaşlığımızın geniş inkişaf etdiyini qeyd etdi. Prezidentin sözlərinə görə, Azərbaycan həm logistika cəhətdən, həm də enerji dəhlizi kimi Avropanı qaz və neftlə təmin etmək missiyasını uğurla həyata keçirir və gələcəkdə də bu siyasəti davam etdirəcək".


Qabil Hüseynli Prezident İlham Əliyevin toxunduğu bir sıra məsələlər barədə də söz açıb: "Cənab İlham Əliyev Azərbaycanın regionda təkcə Ermənistanla münasibətlərinin gərgin olduğunu, Ermənistanın 30 il müddətində doğma torpaqlarımızı işğalda saxladığını, işğal edilmiş torpaqlarda ermənilərin daşı daş üstündə qoymadıqlarını, həmin əraziləri atom bombası atılmış ərazilərlə müqayisə edib ərazilərin hansı acınacaqlı durumda olduğunu bildirdi. Ermənilərin Azərbaycana vurduğu ziyanı, əlbəttə ki, təzminat şəklində geri tələb etmək fikrində olduğumuzu diqqətə çatdırdı. Beləliklə, Nizami Humanitar Forumu Azərbaycanın tez-tez keçirdiyi beynəlxalq tədbirlərdən biridir. Bu forumlarda keçmiş prezidentlər, baş nazirlər, hazırda hakimiyyətdə olan rəsmi şəxslər və s. iştirak edirlər. Hər kəs öz fikrini söyləməklə forum vasitəsilə dünyanın qlobal problemlərinin həll yolları araşdırılır. Azərbaycan Prezidenti də bu barədə xeyli təklif və tövsiyələr irəli sürdü. Güman edirəm ki, iki gün davam edən tədbir dünya ictimai fikrinin inkişafına böyük töhfələr verəcək". 

Tarix: 21 May 2021, 13:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin