BURADA REKLAMINIZ OLA
BİLƏR

Ordumuz Zəngəzurda daha 1,5 kilometr irəlilədi

Azərbaycan Ordusu Zəngəzurda daha 1,5 kilometr irəliləyib.

 

Pravda.az xəbər verir ki, irəliləmə Xoznavar kəndi istiqamətində qeydə alınıb.

 

Laçın və Gorus rayonlarının sərhədində yerləşən kənd Qaragölə yaxın ərazidədir.

 

Kəndin rəhbəri Varo Qriqoryan sərhəd danışıqlarının davam etdirildiyini söyləyib.

 

“Azərbaycanlılar dünən axşam 6-da mövqelərini irəli çəkib. Onlar 1,5 kilometr irəliləyiblər. Hazırda kənddən 2,5 kilometr uzaqlıqda mövqe qurublar”-deyə Qriqoryan bildirib.

 

Xatırladaq ki, hazırda Azərbaycan-Ermənistan sərhədində demarkasiya və delimitasiya prsesinin başlanıldığı müzakirə olunur.

 

modern.az

Tarix: 21 May 2021, 13:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin