BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda çoxmənzilli yaşayış binasında yanğın, sakinlər təxliyyə edildİ - YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyi Bakıda hündürmərtəbəli binada baş verən ynağınla bağlı məlumat yayıb.

 

Pravda.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində, şaxtada 3 m² sahədə dolab yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

 

Şaxtadan keçən kommunikasiya xətləri yanğından mühafizə olunub.

 

***

10:12

 

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

 

Pravda.az-ın xəbərinə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva məlumatı təsdiqləyib.

 

O qeyd edib ki, hadisə səhər saatlarında, paytaxtın Xətai rayonu Natiq Əliyev küçəsi-42 ünvanında qeydə alınıb.

 

Belə ki, 17 mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində kommunikasiya xətləri olan şitdə yanğın olub. Hadisə yerinə gələn FHN-in Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları yanğını söndürüb, bir neçə şəxs təxliyyə edilib. Faktla bağlı araşıdrma aparılır.Report

Tarix: 22 Yanvar 2020, 11:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin