BURADA REKLAMINIZ OLA
BİLƏR

“Karvan Pub”da mübahisə, ətrafdakılara bıçaq çəkildi - VİDEO

Bakının Nərimanov rayonunda xuliqanlıq zəminində hadisə baş verib.

 

Pravda.az-ın xəbərinə görə, Əhməd Rəcəbli küçəsində yerləşən “Karvan Pub”da mübahisə düşüb.

 

Mübahisə zamanı orta yaşlı şəxs (şəxsiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müəyyənləşdirilir) iaşə obyektindən çölə çıxaraq əlbəyaxa dava edib. Daha sonra o, 90-PC-375 dövlət qeydiyyat nişanlı, “Khazar” markalı avtomobildən bıçaq götürərək digər insanlara hücum edib və nalayiq sözlər işlədib.

 

O daha sonra “Khazar” markalı avtomobilə minərək ərazidən uzaqlaşıb. Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Şahidlərin izahatı alınıb. Həmin şəxsin axtarışına başlanılıb.APA

 

Tarix: 22 Yanvar 2020, 10:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin