BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, erməni siyasətçiləri populyarlıqlarını qorumaq üçün xalqa həqiqətləri demirlər”

“Vətən müharibəsi yeni reallıqlar yaratdı. Artıq region dövlətlərinin inkişafı naminə sülh müqaviləsi imzalanmalıdır. Ermənistan Azərbaycanın sərhədlərinə hörmət etməlidir. Hazırda Ermənistan hakimiyyəti siyasi böhran içərisindədir. Xalqın psixoloji vəziyyəti, müharibədəki itkilərini nəzərə alan hakimiyyət sülh müqaviləsi barədə düşünmür. Ancaq Ermənistanda hakimiyyətdə olan yetəri qədər siyasətçi var ki, inkişaf, iqtisadi artım üçün siyasi sabitliyin vacib olduğunu bilirlər. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, erməni siyasətçiləri sırf populyarlıqlarını qorumaq üçün xalqa açıq aşkar həqiqətləri demirlər”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

 

M.Cəfərovun sözlərinə görə, Ermənistanda revanşist qüvvələr var, onlar xalqı daha çətin vəziyyətə salmaq istəyir: “Hazırda orada hakimiyyyət davası gedir. Lakin bütün siyasətçilər yaxşı dərk edir ki, ən yaxşı yol sülh müqaviləsidir. Siyasətçilərin çıxışları bir daha sübut edir ki, Ermənistanda ciddi, dərin emosional və intellektual böhran var. Biz isə sülh, əməkdaşlıq, sərhədlərin toxunulmazlığını, qarşılıqlı ərazi bütövlüyünün tanınmasını istəyirik. Sülh quruculuğu region üçün olduqca vacibdir, önəmlidir, həm Ermənistan, həm də Azərbaycan üçün inkişaf və rifaha gedən yoldur. Bu, həm də kənar dövlətlərin regiona təsirlərinin azadılması mexanizmidir. Ermənistan hakimiyyəti dərk edir ki, bu günə kimi bütün terrorçu niyyətləri puç olub və bu böyük bir səhv idi. Lakin xalqın reaksiyasından və dövlət əleyhinə formalaşan qüvvələrdən ehtiyat edən hakimiyyət sülh barədə danışmır. Ermənistan mövcud delimitasiyanı müvəqqəti hesab edir. Rəsmi Yerevan təkidlə bildirir ki, Ermənistan-Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsi prosesi yalnız diplomatik münasibətlər qurulduqdan və xüsusi komissiya yaradıldıqdan sonra başlaya bilər. Bunun özü birbaşa xalqı aldatmaqdır. Lakin Ermənistan bilməlidir ki, sərhədlərinin qorunması prinsipi beynəlxalq hüququn tərkib hissəsidir”.

 

Kənan

Tarix: 22 May 2021, 17:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin