BURADA REKLAMINIZ OLA
BİLƏR

Bir milyard avroluq oğurluq edənlər yaxalandı

Almaniyada polis bir milyard avroluq oğurluq cinayətinin üstünü açıb.

 

Pravda.az-ın məlumatına görə, “tarixin ən böyük oğurluğu”nu həyata keçirən cinayətkar dəstənin son üzvü də yaxalanıb.

 

Belə ki, 2019-cu ilin noyabrında cinayətkarlar Drezdendə "Green Vault" muzeyindən “Böyük Avqust” sülaləsinə məxsus olan zinət əşyalarını oğurlayıblar. Oğurlanan əşyalar bir milyard avro dəyərində qiymətləndirilib. Lakin qeyd olunur ki, bunlar sənət baxımından əvəzsiz hesab edilir.

 

Məlumata görə, bu soyğunçuluqla əslən Livandan olan bir ailənin əlaqəsi var. Bu cinayətkar dəstənin 2017-ci ildə Berlin Muzeyindən yüz kiloqramlıq qızıl sikkəni apardığı da bildirilir. Hansı ki, həmin sikkələr hələ də tapılmayıb.

 

Tarix: 22 May 2021, 21:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin