BURADA REKLAMINIZ OLA
BİLƏR

Eynşteynin məşhur tənliyi əks olunan məktubu 1,2 milyon dollara satıldı

Albert eynşteynin məşhur e = mc2 tənliyini özündə əks etdirən məktubu 1,2 milyon dollardan baha qiymətə satılıb.

 

Eynşteynin özü tərəfindən yazılan məktub “boston” auksion evində qiymətləndirilib.

 

Kaliforniya texnologiya institutu və ibrani universitetində eynşteinin sənədləri üzrə ixtisaslaşmış arxivşünasların dediyinə görə, eynşteynin yazdığı sözügedən tənliyin yalnız üç nüsxəsi var.

 

Auksionda məktubun, təxminən 400 000 dollara satılması gözlənilirdi.

 

Auksionun icraçı vitse-prezidenti bobbi livinqstonun sözlərinə görə, bu, həm holoqrafik, həm də fizika baxımdan əhəmiyyətli bir məktubdur.

 

Almanca yazılmış bir səhifəlik məktub 26 oktyabr 1946-cı il tarixində polşa-amerikalı fizik, tənqidçi və alim lüdviq silberşteynə ünvanlanıb.

 

Qeyd edək ki, einsteyn məktubda ünvan sahibinə sualının e = mc2 düsturu ilə "heç bir erudisiya olmadan" cavablandırılacağını söyləyib. O, bu sözləri prinston universitetinin blankında yazıb.

Tarix: 23 May 2021, 07:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin