BURADA REKLAMINIZ OLA
BİLƏR

Hollandiyada karantinlə bağlı qərar iyunun 5-də veriləcək

Hollandiya hökuməti ölkədə epidemiya vəziyyətinin yaxşılaşdırılması fonunda 5 iyun tarixindən etibarən koronavirusa qarşı tətbiq olunan məhdudiyyətlərin yüngülləşdirilməsinin 3-cü mərhələsinə keçilməsinin mümkünlüyünü bəyan edib.

 

Pravda.az yerli “NL Times” xəbər portalına istinadən xəbər verir ki, hökumət kafe və restoranların qapalı şəraitdə müştərilərə xidmət göstərməsinə icazə vermək niyyətindədir.

 

Yeni qərarla, eyni zamanda, krallığın sakinləri hər gün evdə dörddən çox qonaq qəbul edə biləcəklər. Həmçinin, müəyyən saatlarda kinoteatrların, teatrların və digər qapalı yerlərin açılması planlaşdırılır.

 

Qeyd edək ki, Hollandiyada COVID-19-a yoluxmanın qarşısını almaq üçün ilk məhdudiyyətlər aprelin 28-də tətbiq edilmişdi.

 

APA

Tarix: 23 May 2021, 08:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin