BURADA REKLAMINIZ OLA
BİLƏR

Doqquz minə yaxın "qara kif"ə yoluxma halı qeydə alındı - DƏHŞƏT

Hindistanda "qara kif" adı ilə tanınan göbələk xəstəliyinə artıq 8.800-dən çox yoluxma qeydə alınıb.


Pravda.az xəbər verir ki, bu barədə ölkənin kimyəvi sənaye naziri Sadananda Govda bildirib.


O deyib ki, müxtəlif əyalətlərdə artan yoluxma hadisələrinin ətraflı analizindən sonra, bu gün bütün bölgələrə cəmi 23.680 flakon Amfoterisin-B (göbələk əleyhinə vasitə) paylanılıb:


“Bu təyinat ümumilikdə 8848 nəfər olan ümumi xəstələrin sayına əsasən aparılıb”.


Nazir bu xəstəlikdən ən çox Gudjarat əyalətinin əziyyət çəkdiyini qeyd edib: “Orada 2281 yoluxma halı qeydə alınıb”.


Qeyd edək ki, ölkənin Maharashtra, Andhra Pradesh və Telangana əyalətlərində xəstələr müəyyən edilib.

Tarix: 23 May 2021, 15:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin