BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN: Abşeronda itkin düşən şəxs öldürülərək çaya atılıb

Abşeronda itkin düşən ruhi xəstənin avtomobillə vurularaq ölməsi müəyyən edilib.

 

Daxili İşlər İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə Hökməli qəsəbəsində yaşayan ruhi xəstə Ceyhun Əhmədovun yanvarın 8-də evdən çıxaraq geri qayıtmaması barədə müraciət daxil olub.

 

Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

 

C.Əhmədovun üzərində zorakılıq əlamatləri olan meyitinin yanvarın 21-də Çaylı kəndinin ərazisindən keçən çayda tapılması faktı ilə əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

 

İstintaq və əməliyyat tədbirləri ilə C.Əhmədovun yanvarın 8-də saat 20 radələrində Bakı-Şamaxı yolunun 15-ci kilometrliyində “Ford Tranzit” markalı avtomobillə vurulduqdan sonra qeyd edilən nəqliyyat vasitəsində sürücü və sərnişini tərəfindən aparılması müəyyən edilib.

 

Əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobilin sürücüsü, Xırdalan şəhər sakini H.Xudiyev və sərnişini, Bakı şəhər sakini S.Köçərili saxlanılıblar.

 

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Tarix: 22 Yanvar 2020, 12:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin