Reklam

"Ermənilər Şuşanı işğal etməklə ruhumuzu dağıtmaq istədilər" - Tural Gəncəliyev

“Biz 1992-ci ildə qətl edilərək öz torpağımızdan qovulmuşduq. Ancaq Ali Baş Komandanın rəhbərliyi, Müzəffər Ordumuzun rəşadəti sayəsində öz doğma torpaqlarımıza qayıtdıq”.

 

Pravda.az-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

 

Onun sözlərinə görə, düşmən tərəfindən Şuşa darmadağın edilib, hətta daşlara belə amansızlıq göstərilib: “Ermənilər Şuşanı işğal etməklə bizim ruhumuzu dağıtmaq istədilər. Şuşa dünyanın ən gözəl mədəniyyət paytaxtlarından biri olacaq”.

Tarix: 25 May 2021, 12:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin