BURADA REKLAMINIZ OLA
BİLƏR

Nizami Xudiyev vəfat etdi

Filologiya elmləri doktoru, professor Nizami Xudiyev vəfat edib.

 

Bir müddət əvvəl koronavirusdan sağalan AzTV-nin keçmiş sədri böyrək çatışmazlığından təxminən yarım saat əvvəl dünyasını dəyişib.

 

Qeyd edək ki, Nizami Xudiyev 1994–1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, 1996-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb.

 

O, 1995-2010-cu illərdə Milli Məclisin deputatı olub.

 

Nizami Xudiyev 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda doğulub. Bir zamanlar Yeni Azərbaycan Partiyasının fəal simalarından olan Nizamni Xudiyev son illər aktiv ictimai-siyasi fəaliyyətdən kənara çəkilmişdi.

 

Allah rəhmət eləsin!

Tarix: 25 May 2021, 18:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin