BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavad Zərif Bakıdan İrəvana getdi

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Ermənistanda rəsmi səfərdədir.

Pravda.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Ermənistan XİN rəhbəri Ara Ayvazyan həmkarını “Zvartnots” hava limanında qarşılayıb.

Zərif Ayvazyanla təkbətək və genişləndirilmiş nümayəndə heyətləri tərkibində danışıqlar aparacaq.

Səfər çərçivəsində o, Prezident Armen Sarkisyan və müvəqqəti Baş nazir Nikol Paşinyanla görüşəcək.

Qeyd edək ki, Məhəmməd Cavad Zərif mayın 25-də Azərbaycanda rəsmi səfərdə olub, Prezident İlham Əliyev tərəfindən qəbul edilib.

Tarix: 26 May 2021, 10:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin