BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavad Zərif Ermənistan XİN başçısı ilə görüşdü

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyanla görüşüb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Ara Ayvazyan “Twitter” hesabında bildirib.

 

Nazirlər arasında təkbətək görüşdən sonra geniş formatda görüşün keçiriləcəyi qeyd olunub.

 

Cavad Zərif İrəvana səfəri çərçivəsində Ermənistan Prezidenti Armen Sarkisyan və Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla da görüşəcək.

 

Qeyd edək ki, İran XİN başçısı mayın 25-də Azərbaycanda səfərdə olub.

 

Tarix: 26 May 2021, 10:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin