BURADA REKLAMINIZ OLA
BİLƏR

İranda partlayış

İranın Buşer ostanının Əsəluyə şəhərində yerləşən neft-kimya zavodunda partlayış baş verib. Nəticədə iki nəfər həlak olub, bir nəfər yaralanıb.

 

Partlayış zavodun oksigen nəql olunan boru kəmərində baş verib. Partlayışdan sonra zavodda yanğın olub.

 

Yanğının söndürüldüyü və hadisə yerində araşdırma başladıldığı bildirilib.

 

Qeyd edək ki, son vaxtlar İranın sənaye müəssisələrində müntəzəm olaraq analoji qəzalar baş verir. Mayın 23-də İranın mərkəzi hissəsindəki İsfahan əyalətindəki bir kimyəvi zavodda baş verən partlayış nəticəsində 9 nəfər yaralanmışdı.

Tarix: 26 May 2021, 16:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin