BURADA REKLAMINIZ OLA
BİLƏR

İki erməni diversant qrupu Azərbaycan ərazisinə keçməyə cəhd göstərib - RƏSMİ

"Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin sərhəd xəttinə yaxın Kəlbəcər istiqamətində təxribat törətməsi barədə məlumat yayıb. Bir qrup erməni hərbçi Azərbaycan ərazilərinə keçməyə cəhd göstərib".

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də bildirib.

 

O qeyd edib ki, bu, növbəti təxribat xarakterli hərəkətdir.

 

“Eyni zamanda, bu, üçtərəfli bəyanatın Ermənistan tərəfindən pozulmasıdır!”, - deyə XİN rəsmisi vurğulayıb.

 

Tarix: 27 May 2021, 10:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin