BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistandan növbəti TƏXRİBAT

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələri tərəfindən 6 erməni hərbçinin zərərsizləşdirilərək saxlanılması barədə məlumatı təsdiqləyib.

 

Pravda.az xəbər verir ki, Ermənistan bildirib ki, hərbçilər Geqarkunik bölgəsinin sərhədyanı zonasında mühəndis işləri aparan zaman əsir düşüb. Həmçinin onların əsir düşən zaman öz ərzilərində olduqları bildirilib.

 

Xatırladaq ki, mayın 27-də saat 03.00 radələrində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib.

 

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb.

 

Tarix: 27 May 2021, 10:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin