BURADA REKLAMINIZ OLA
BİLƏR

Şuşaya “Qəhrəman şəhər” adı verilsin - Deputatdan TƏKLİF

“Şuşada muzeylər tarixi abidələr məhv edilib, darmadağın edilib”.

 

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Rzayev deyib.

 

Deputat bildirib ki, Bülbülün muzeyi də darmadağındır: “Bu ev muzeyi təmir edilsə belə, onun bir hissəsinə toxunulmasın. Gələn turistlər də ermənilərin əməllərinin şahidi olsun. Təklif edirəm ki, hətta bu məsələ “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunda da əksini tapsın”.

 

Deputat Şuşaya “Qəhrəman şəhər” adının verilməsini təklif edib: “Şuşa bu gün Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində azaddır. Buna görə də Şuşada Azərbaycanın qəhrəman hərbçilərinin şərəfinə abidə kompleksi də ucaldılmalıdır”.

Tarix: 27 May 2021, 11:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin