BURADA REKLAMINIZ OLA
BİLƏR

“Çərlədib öldürdükdən sonra adlarına küçələr verdik…”

“Sosial şəbəkə də ayrıca bir nemət idi, onu da bayağılaşdırdıq, vaxt öldürmə məkanına çevirdik, söyüş, təhqir platformasına yönəltdik, ad günlərinin təbriki, vəfat edənlərə başsağılığı köşəsinə qədər endirdik.  Əlbəttə, hələ də dirəniş göstərən aydınlarımız qalıb, milli düşüncə istehsalçıları hələ də Çin və cin kopyalamasına qarşı dirənişini davam etdirirlər, ancaq sayları çox olmadığına görə bu platformada uğur qazanacaqlarına ümid elə də böyük deyil”.

 

Pravda.az-ın xəbərinə görə, deputat Fazil Mustafa deyib.

 

F.Mustafa bildirib ki, bu cəmiyyətdə Axundov da, Seyid Əzim də, Zərdabi də, Sabir də, Mirzə Cəlil, Əhməd Ağaoğlu da ölümündən sonra xoşbəxt sayılmış insan obrazlarıdır: “Onlar cəhənnəmi əslində Tiflisdə deyil, Şəkidəki, Bakıdakı, Naxçıvandakı, Şamaxıdakı, Şuşadakı qaragüruhun içində yaşayıb Milli Cənnətə köçmüş böyüklərimizdir. Onları döyənlər, söyənlər də əsla ruslar, ermənilər, yəhudilər deyildi, öz milli mollalarımızın, həci-kərbəlayi-məşədilərimiz, Xudayar bəylərimiz və Novruzəlilərimiz idi. Çərlədib öldürdükdən sonra adlarına küçələri, muzeyləri verdik, kitablar yazdıq, tədqiqatlar həsr etdik. Onlar da bizim toplumda ancaq ölü kimi qorxusuz və təhlükəsiz olduqdan sonra dəyərə çevrilmiş  şəxsiyyətlərdir”.

Tarix: 27 May 2021, 20:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin