BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənilər atəşkəsi istənilən vaxt və istənilən yerdə poza bilərlər”

“Ermənistanda seçkilər yaxınlaşdıqsa siyasi-hərbi gərginlik daha da şiddətlənir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.

 

Q.İbadoğlu bildirib ki, Azərbaycanda həbsdə saxlanılan erməni hərbiçilərinin geri qaytarılması və sərhəd məsələsi hazırda bütün müzakirələrin gündəmini təşkil edir: “Sanki, bütün siyasi və hərbi qüvvələr bundan danışmalı və mütləq təkliflər irəli sürməlidir. Təkliflər arasından ən sərsəmini Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini general-mayor Edvard Asryan irəli sürüb. O təklif edib ki, "Azərbaycan hərbçilərini ələ keçirib əsir saxlamaq lazımdı. Qeyd edib ki, bunun üçün hər zaman  fürsət var. Çünki, Ermənistanın sərhəd bölgələrində də çoxlu sayda Azərbaycan əsgəri var". Öz sərhədlərini qoruya bilməyib, onu da ruslara tapşıran məğlub ölkənin generalının səsləndirdiyi belə sərsəm ideyadan əsla təəccüblənmirəm. Bu yenidən müharibəyə çağırışdır, onu bugün  seçkiqabağı müzakirələrdə rəqiblər bir-birinə qarşı  istifadə edir. İtkin düşən əsgərlərinin sorağı İrandan da gələn, hazırda çox hakimiyyətlilik hökm sürən Ermənistandan seçkiyə qədər çox şey eşidəcəyik. Hələ qarşıda kritik 24 gün vardır. Bugünlər ərzində ermənilər atəşkəsi istənilən vaxt və istənilən yerdə poza bilərlər. Odur ki, bu arada hərbçilərimiz daha diqqətli olmalı və sərhədlərimizin göz bəbəyi kimi keşiyində durmalıdır”.

Tarix: 27 May 2021, 21:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin