BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramiz Əzizbəylinin vəziyyəti ağırdır

Koronavirusa (COVID-19) yoluxaraq xəstəxanaya yerləşdirilən Azərbaycanın xalq artisti, kino rejissor Ramiz Əzizbəylinin vəziyyəti açıqlanıb.

 

Xalq artistinin ailəsindən bildirilib ki, R.Əzizbəylinin xəstəxanada müalicəsi davam edir:

 

“Qızı ilə eyni palatadadırlar. Həkimlər Ramizin vəziyyətinin orta-ağır olduğunu deyirlər. Oksigen verirlər”.

 

Qeyd edək ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.Report

 

Tarix: 28 May 2021, 10:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin