“28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanlanan bütün məktublar sübut edir ki, Azərbaycanın dünyadakı nüfuzu Vətən müharibəsindəki qələbəmizdən, biz tarixi ədaləti bərpa etdikdən sonra daha da artıb. Burada söhbət həm də Prezident İlham Əliyevin şəxsinə olan hörmətdən gedir. Cənab Prezidentimizin rəhbərliyi ilə Azərbaycan dünyada çəkisi və rolu artan bir ölkəyə çevrilib”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat vurğulayıb ki, Azərbaycan regionun lideri və beynəlxalq təşəbbüslərin müəllifi kimi əldə etdiyi uğurlar və qazandığı tərəfdaşlar sayəsində dünyanın siyasi xəritəsində öz statusu və nüfuzunu yüksəltməyə müvəffəq olub: "Ölkə Prezidenti cənab İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə 60-a yaxın hökumət və dövlət başçıları tərəfindən ünvanlanan məktublar da Azərbaycanın beynəlxalq aləmdə günbəgün artan nüfuzunun göstəricisidir. Eyni zamanda, Vətən müharibəsindəki qələbəmizdən sonra Azərbaycanın əməkdaşlıq etdiyi prioritet ölkələr sırasına daxil olmaq üçün təkcə ABŞ-Rusiya deyil, həmçinin ABŞ və Çin Xalq Respublikasının rəqabət aparması da bir daha Azərbaycanın regionda artan rolundan xəbər verir".
Parlament üzvü ABŞ-Azərbaycan münasibətlərinə diqqət çəkərək bildirib ki, Cozef Baydenin həm Novruz bayramında, həm də Respublika Günündə cənab İlham Əliyevə ünvanladığı məktublarda Azərbaycanla əməkdaşlığın etibarlı inkişafına dair xoş arzular əksini tapıb: "Təbrikdə həmçinin Azərbaycanın 30 illik müstəqilliyi dövründə iki dövlət arasındakı əlaqələri daha da gücləndirmək və təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərindən söhbət açılıb. Bundan başqa, Bayden ötən il Cənub Qaz Dəhlizinin işə salınmasını və cari ildə Xəzər dənizində Dostluq yatağı ilə bağlı Türkmənistanla birgə kəşfiyyata dair anlaşma memorandumunu dəstəkləyini, o cümlədən Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri alqışladığını bildirib. O, Azərbaycanın NATO ilə əməkdaşlığı çərçivəsində Əfqanıstandakı 20 illik missiyasını uğurla həyata keçirdiyinə görə böyük minnətdarlığını bildirib və mövcud istiqamətdə əməkdaşlığı daha da inkişaf etdirmək niyyətində olduqlarını ifadə edib. Ümumiyyətlə, iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi ABŞ siyasətinin prioriteti olduğu həm ABŞ dövlət katibi, həm də Prezident Cozef Bayden tərəfindən vurğulanıb".
C.Osmanov həmçinin Rusiya, Çin, İran və İtaliyanın dövlət başçılarının da təbrik məktubları barədə münasibətini bildirib.
Millət vəkili qeyd edib ki, dünyanın ən önəmli iqtisadi güc mərkəzləri Azərbaycanla regional əməkdaşlıq əlaqələrinin inkişafında maraqlıdırlar: "Rusiya Prezidenti Vladimir Putin Azərbaycanla strateji əməkdaşlığa çox böyük dəyər verdiklərini və bir çox sahələrdə, xüsusən sosial-iqtisadi, elmi-texniki sahələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətində olduqlarını dilə gətirib. Prezident Putinin məktubunda Azərbaycanın dünya arenasında yüksək nüfuz qazandığı, beləcə beynəlxalq gündəlikdə çoxsaylı məsələlərin həllində fəal rol oynadığı da vurğulanıb. Çin Xalq Respublikasının Sədri Si Cinpinin məktubunda da ikitərəfli münasibətlərdə fəal inkişaf dinamikasının müşahidə edildiyinə, ölkələrin hər iki tərəfin əsas maraqlarına dair məsələlərdə bir-birlərini dəstəklənməsinə diqqət çəkilib. Burada xüsusən "Bir kəmər, bir yol" beynəlxalq layihəsi üzrə birgə əməkdaşlığın dərinləşməkdə davam etməsi ayrıca vurğulanıb. Eyni zamanda, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin də təbrik məktubunda xüsusilə Azərbaycan zəfər çaldıqdan sonra iki ölkə arasındakı yüksək səviyyəli dostluq və mehriban qonşuluq münasibətlərindən bəhs edilib. Həsən Ruhani hər iki ölkənin gələcəkdə də özlərinə məxsus zəngin mədəniyyət və qədim tarixdən ilhamlanaraq, əməkdaşlığı qarşılıqlı anlaşma prinsipinə uygun şəkildə daha da möhkəmləndirməyin marağında olduqlarını ifadə edib. İtaliya Prezidentinin İlham Əliyevə təbrik məktubunda vurğulanıb ki, iki ölkənin rifahı naminə əməkdaşlığın inkişaf etdirilməsi məsələsində İtaliya maraqlı tərəfdir. Qısacası, bütün təbrik məktubları sübut edir ki, Azərbaycanın dünyadakı nüfuzu Vətən müharibəsindəki qələbəmizdən, biz tarixi ədaləti bərpa etdikdən sonra daha da artıb".
Nəzrin Cavid
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin