BURADA REKLAMINIZ OLA
BİLƏR

Elzanı ələ saldı: “Tut sallanım boynundan, atdanım çiynindən...”

 

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Əməkdar artist Elza Seyidcahanın şeirlərini tənqid edib.

 

Pravda.az xəbər verir ki, musiqiçi bu haqda "Həmin Zaur" proqramında deyib. O bildirib ki, Seyidcahan şairləri təhqir edir:

 

"Elza xanım savadlı, gözəl bəstəkardır. Şeirləri isə "hətələm-pətələmdir". Xoşlamıram onun şeirlərini. Bəyənmirəm, burada nə var ki? Amma gözəl, savadlı sənətkardır. Şeir yazmağı özünəməxsusluq deyil.

 

"Tut sallanım boynundan, atdanım çiynindən" olmaz axı... Şairlərə böyük hörmətsizlikdir. Özü üçün yazırsa, onda gündəmə çıxarmasın. Sosial şəbəkələrdə yaymasın".

Tarix: 28 May 2021, 13:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin