Reklam

Prezident: “Mən bu kreslodan göyərmiş barmaqlarla yapışmayacam”

"Mən prezident kreslosundan göyərmiş barmaqlarla yapışmayacam".

 

Pravda.az-ın xəbərinə görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko “2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirakın perspektivləri” haqqında suala cavab verərək deyib.

 

O bildirib ki, ölkə seçicilərinə bu posta özünün namizədliyini təklif etməyi düzgün hesab edir və bu təklifi yalnız onlar rədd edə bilərlər: "Əgər siz məndən xahiş etməsəniz, heç vaxt namizədliyimi irəli sürməyəcəm. Mən öz namizədliyimi təklif edəcəyəm".

 

Lukaşenko həmçinin qey edib ki, 2020-ci ilin prezident seçkiləri ehtimal ki, yayda keçiriləcək:"Avqustun sonu - son müddətdir. Məncə, seçkilər yayda keçiriləcək".

 

Tarix: 17 Noyabr 2019, 18:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin