BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabah 36 dərəcə isti olacaq

Mayın 30-da gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən məlumata görə, mayın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman olacaq.


Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-21 isti, gündüz 27-32 isti, Bakıda gecə 18-20 isti, gündüz 29-31dərəcə isti olacaq.


Mayın 30-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22 isti, gündüz 31-36 isti, dağlarda gecə 11-16 isti, gündüz 20-24 dərəcə isti olacaq.


Tibbi-meteoroloji proqnoza əsasən, mayın 30-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Tarix: 29 May 2021, 11:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin