BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ağdama 100 min insan qayıdacaqsa, onların məşğul olacaqları sahələr indidən müəyyənləşdirilməlidir”

“Ağdam, Şuşa və işğaldan azad edilən digər şəhər, qəsəbə və kəndlərimiz planlaşdırılan və Prezidentə təqdim olunan şəkildə qurulsa, Qarabağa qayıdışın sürətlənəcəyinə inanıram. Dünənki təqdimatdan aydın oldu ki, Ağdam həm ərazisinə, həm də əhalisinə görə əvvəlkidən daha böyük rayona və şəhərə çevriləcək. Misal üçün, Bakıda olmayan tramvay Ağdamda fəaliyyət göstərəcək. Ağdamda sənaye parkının bünövrəsi də qoyuldu. Bu çox vacibdir, Ağdama 100 min insan qayıdacaqsa, onların məşğul olacaqları sahələr indidən müəyyənləşdirilməlidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

E.Şahinoğlu qeyd edib ki, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə paralel, Qarabağa 800 minlə 1 milyon civarında insanın qayıdışının təmin edilməsinin Azərbaycan üçün böyük geosiyasi, iqtisadi və hərbi nəticələri olacaq.

Tarix: 29 May 2021, 11:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin