BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı sakinlərinin nəzərinə: Mayın 31-dən...

“8 Noyabr” stansiyası mayın 31-dən sərnişinlərin istifadəsində olacaq.


Pravda.az-ın xəbərinə görə bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.


O deyib ki, yeni açılan stansiya Bakının Nəsimi rayonu ilə digər rayonları birləşdirəcək: “8 noyabr” stansiyasından hərəkət edən sərnişinlər “Memar Əcəmi” stansiyasında bir yoldan digər yola keçməklə hərəkətlərini müəyyənləşdirə biləcəklər”.


Stansiya sərnişinlərin rahat keçidini təmin etmək üçün eskalatorlarla təmin edilib: “Stansiya “qruntda divar” inşaat üsulu ilə tikilib. Sərnişin platofrması yeddi vaqondan ibarətdir. Həm texniki avadanlıq, həm mühəndis qurguları baxımından stansiyada bir sıra yeniliklər var. Ən böyük yeniliklərdən biri dəmir beton bloklar üzərində yolların salınmasıdır”.

APA TV

Tarix: 29 May 2021, 13:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin