Yeddi il öncə bankdan avtomobil krediti götürən şəxs bir müddət sonra ödəniş edə bilməyib və elə bu səbəbdən də maşını geri qaytarıb. İndi isə vətəndaş bunu banka sübut edə bilmədiyini deyir. Fərhad Şirinli adlı şikayətçi bildirib ki, 2014-cü ildə “Nikoil bank”dan 15 950 dollar məbləğində avtokredit götürüb. Lakin devalvasiyadan sonra kredit ödənişini həyata keçirə bilməyib və 2016-cı ildə müqaviləyə əlavə saziş imzalanıb. 2020-ci il martın 14-də isə kredit predmeti olan “Seat Toledo” markalı 90 TL 927 nömrəli avtomobili bankın Nərimanov filialında Azər Eldarov adlı əməkdaşa təhvil verib və qarşılığında bankdan heç bir vəsait almayıb:
"Daha sonra həmin avtomobil digər mülki şəxslərə satılıb. Hazırda isə adını dəyişərək “Yelo Bank” olan keçmiş “Nikoil Bank” Suraxanı rayon məhkəməsinə müraciət edərək götürülmüş kredit məbləğinin ödənilməsi üçün tələb irəli sürüb. Lakin iddiada kredit predmeti olan avtomobillə bağlı heç bir qeyd aparılmayıb və kreditin ödənilməsi üçün avtomobilin üzərinə həbs qoyulmayıb. Bankdan mənə sadəcə deyilib ki, həmin əməkdaş işdən çıxarılıb. O şəxslə əlaqə saxlamağım üçün də heç bir kömək etmirlər. Bununla bağlı hüquq-mühafizə orqanlarına da şikayət etmişəm. Yekunda Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə etdiyim müraciətlərə hələ ki, cavab verilməyib".
F.Şirinli banka təhvil verdiyi avtomobilin geri qaytarılması, yaxud onun məbləğinin hesablanaraq kredit məbləğindən silinməsini tələb edir.
“Yelo Bank”dan isə “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bankla Şirinli Fərhad Yusif oğlu arasında bağlanmış 24.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, vətəndaşa illik 18% ilə 36 ay müddətinə 15 950 USD məbləğində kredit rəsmləşdirilib: “Kreditin təminatı olaraq 24.11.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən "Seat Toledo" markalı, 2014-cü il buraxılışlı avtomobil bankın qarşısında ipoteka ilə yüklü edilib.
Borcalan və anası (etibarnamə ilə çıxış edir) ilə bir neçə dəfə görüşülüb. Fərhad Şirinli devalvasiyadan sonra avtomobili banka təhvil verdiyini söyləyir, lakin bunu təsdiq edən təhvil-təslim aktı yoxdur.
Borcalanın iddialarının hüquqi sənəd üzərində əsası yoxdur və bank olaraq bütün tələblər borclu kimi Şirinli Fərhad Yusif oğluna yönəldilib. Mübahisəli işə aydınlıq gətirilməsi məqsədi ilə 10.02.2021-ci il tarixində məhkəməyə müraciət olunub və hazırda məhkəmə mübahisəsi davam etdirilir”.
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
21 Oktyabr 18:35
21 Oktyabr 18:28
21 Oktyabr 18:27
21 Oktyabr 18:21
21 Oktyabr 18:06
21 Oktyabr 18:01
21 Oktyabr 17:53
21 Oktyabr 17:50
21 Oktyabr 17:47
21 Oktyabr 17:36
21 Oktyabr 17:31
Ən son xəbərləri səhifəmizdən də izləyin